Lavrov Əraqçi ilə ABŞ və İsrailin İrana zərbələrini müzakirə etdi

Lavrov Əraqçi ilə ABŞ və İsrailin İrana zərbələrini müzakirə etdi
03.03.2026 21:50 Dünya

Rusiya xarici işlər naziri Sergey Lavrov İran xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığı aparıb.

TodayPress TV  xəbər veriri ki, tərəflər ABŞ və İsrailin İrana zərbələri nəticəsində regionda baş verən hadisələri müzakirə edib.

Bu cür hərəkətlərin beynəlxalq hüququn fundamental normalarını pozduğu və bütün Yaxın Şərq üçün ağır nəticələrə səbəb olduğu vurğulanıb.

Sergey Lavrov gərginliyin azaldılması, güc tətbiqinin rədd edilməsi və münaqişənin siyasi və diplomatik yolla həllinə keçid lehinə prinsipial mövqeyini və Rusiyanın buna tam dəstək verməyə hazır olduğunu bir daha təsdiqləyib.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər