Latviya və Estoniya Aİ-ni Rusiya ilə birbaşa danışıqlara çağırır
Dünya
06.02.2026 08:40
Latviya Baş naziri Evika Siliniya və Estoniya Prezidenti Alar Karis Avropa İttifaqının Ukraynadakı münaqişəni dayandırmaq üçün Rusiya ilə diplomatik əlaqələri bərpa edəcək xüsusi nümayəndə təyin etməli olduğunu bildiriblər.
TodayPress TV xəbər verir ki, bu barədə onlar “Euronews”a müsahibə veriblər.
Siyasətçilərin fikrincə, Rusiya ilə hər hansı əlaqə Ukrayna ilə məsləhətləşmələrdən sonra aparılmalı və təyin olunacaq nümayəndə konsensus əldə edə biləcək şəxs olmalıdır.
“Biz diplomatiya ilə məşğul olmalıyıq. Həmişə danışmalıyıq, amma Rusiyanı izolyasiya etməli və ona qarşı sanksiyaları davam etdirməliyik. Biz danışıqlar masasında olmalıyıq, çünki danışıqlara təşəbbüs edən ukraynalılardır. O zaman niyə avropalılar danışıqlara qoşulmamalıdır?”, - deyə Siliniya qeyd edib.
Aysel Mətləb
tag: Latviya,Estoniya,Aİ,Rusiya,Todaypress.tv,
