Latviya Rusiya və Belarusla avtobus reyslərini qadağan etdi
Latviya hökuməti noyabrın 1-dən etibarən Rusiya və Belarusla qeyri-rəsmi avtobus reyslərinin hərəkətini qadağan etmək qərarına gəlib.
TodayPress TV xəbər verir ki, bu barədə "Delfi" məlumat yayıb.
Məlumata görə, bu məhdudiyyət 2026-cı il oktyabrın 31-dək qüvvədə olacaq.
Qərarın əsas səbəbi qeyri-qanuni sərnişin axınının artması və bu səbəbdən də Latviya sərhədlərində avtomobil növbələrinin yaranmasıdır. Hökumət bildirib ki, bu vəziyyət ölkənin təhlükəsizliyi, o cümlədən qeyri-qanuni miqrasiyaya görə risk yaradır.
Qeyd edək ki, son aylarda Baltikyanı ölkələr Rusiya və Belarusla sərhəddə nəzarəti gücləndirir.
Türkan İsgəndərli