Latviya Belarusla sərhəd nəzarətini uzadacaq
Latviya hökuməti Latviya-Belarus sərhədində gücləndirilmiş sərhəd nəzarəti rejimini daha altı ay, 2026-cı il iyunun 30-dək uzadacaq.
TodayPress TV xəbər verir ki, bu barədə "Delfi" portalı qərar layihəsinə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, 2025-ci ildə Latviya sərhədçiləri 11800-dən çox sərhədi qanunsuz keçmə cəhdinin qarşısını ala biliblər.
Xatırladaq ki, 2023-cü ilin avqustunda Latviya Nazirlər Kabineti Latviya-Belarus sərhədində gücləndirilmiş təhlükəsizlik tədbirlərinin tətbiqi barədə qərar qəbul edib. Baltikyanı respublikanın hakimiyyəti Belarus tərəfini “Avropa İttifaqına miqrasiya təzyiqi yaratmaqda” ittiham edir.
Aysel Mətləb