Küveytin əsas neft şirkəti hasilatı azaldır

Küveytin əsas neft şirkəti hasilatı azaldır
07.03.2026 21:30 Dünya

Küveytin əsas milli neft şirkəti olan Küveyt Neft Korporasiyası xam neft hasilatı və emalında ehtiyat məqsədli azaltma aparıldığını elan edib.

TodayPress TV xəbər verir ki, bu barədə şirkət bəyanat yayıb.

Bildirilib ki, bu düzəliş tamamilə ehtiyat xarakterlidir və şirkət şərait imkan verdiyi andan hasilat səviyyəsini bərpa etməyə tam hazırdır.

Qeyd edilib ki, bu elan fevralın 28-dən başlayan ABŞ və İsrailin İrana birgə zərbələri və buna cavab olaraq İranın İsrailə, eləcə də ABŞ-nin Yaxın Şərqdəki aktivlərinə raket və dron hücumları ilə artan regional gərginlik fonunda verilib.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər