Küveyt neft ixracı üçün alternativ yollar axtarır

Küveyt neft ixracı üçün alternativ yollar axtarır
09.06.2026 19:02 Dünya

Küveyt Fars körfəzində yaşanan böhran fonunda öz neftini Səudiyyə Ərəbistanı və BƏƏ-nin boru kəməri sistemləri vasitəsilə ixrac etmək imkanlarını bu ölkələrlə müzakirə edir.

TodayPress TV xəbər verir ki, bu barədə Küveyt Neft Korporasiyasının (KPC) direktorlar şurası sədrinin müavini və baş icraçı direktoru şeyx Nəvaf Səud əs-Sabah bəyan edib.

"Biz Səudiyyə Ərəbistanı və BƏƏ-dəki qardaşlarımızla onların boru kəməri sisteminin Küveyt neftini qəbul edə biləcək şəkildə necə genişləndirilməsi barədə danışıqlar aparırıq", - deyə o vurğulayıb.

KPC rəhbəri qeyd edib ki, Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının üzvləri çağırışlara kollektiv şəkildə cavab vermək məqsədilə birgə fəaliyyət göstərirlər.

O bildirib ki, əməkdaşlıq çərçivəsində qarşılıqlı yardım mexanizmi mövcuddur. Bu mexanizmə əsasən, əgər hər hansı bir ölkə neft ixrac edə bilmirsə, digər ölkə sonradan qarşılıqlı hesablaşma aparmaq şərtilə onun adından ixracı həyata keçirir. Lakin heç bir ölkənin boş ixrac gücünün olmadığı hazırkı şəraitdə region dövlətləri boru kəməri infrastrukturunun genişləndirilməsi variantları üzərində işləyirlər.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər