Kuba ölkədə fövqəladə vəziyyət elan etdi

Dünya

31.01.2026 09:15

Kuba hakimiyyəti ABŞ-dən gələn “müstəsna təhlükə” səbəbilə fövqəladə vəziyyət elan edib.

TodayPress TV xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Bruno Rodrigez Parrilla "X" sosial şəbəkəsində məlumat verib.

Nazirin sözlərinə görə, Kuba xalqı beynəlxalq ictimaiyyətin dəstəyi ilə ABŞ hökumətinin hərəkətlərini fövqəladə və qeyri-adi təhlükə kimi qiymətləndirir. O bildirib ki, təhlükə ABŞ-də fəaliyyət göstərən “antikuba neofaşist sağ qanad”dan qaynaqlanır və Kubanın milli təhlükəsizliyi ilə xarici siyasətinə yönəlib.

Rodrigez Parrilla ABŞ-nin Kubaya qarşı irəli sürdüyü ittihamları, o cümlədən adada ABŞ-a düşmən ölkələrin hərbi və kəşfiyyat obyektlərinin yerləşdirilməsi iddialarını yalan adlandırıb. O, həmçinin Kubaya neft idxalına əlavə tariflər tətbiq etmək planlarını və yanacaq blokadası cəhdlərini pisləyib.

Qeyd edək ki, daha əvvəl ABŞ də Kubadan gələn milli təhlükəsizlik təhdidini əsas gətirərək fövqəladə vəziyyət elan edib.

Türkan İsgəndərli

TodayPress TV

tag: Kuba,ABŞ,Fövqəladə,Vəziyyət,Todaypress.tv,