Kuba ABŞ dövlətini elektromaqnitə müdaxilə yaratmaqda ittiham etdi
Kuba ABŞ-nin Karib hövzəsindəki hərbi fəaliyyətləri fonunda bölgədə elektromaqnit maneələr yaratdığını bəyan edib.
TodayPress TV xəbər verir ki, bu barədə Xarici İşlər naziri Bruno Rodriqes Parrilya bildirib.
“ABŞ-ın Venesuela hava məkanında davam edən elektromaqnit müdaxiləsini qınayırıq”, – deyə o deyib.
Nazirin sözlərinə görə, bu addımlar ABŞ-nin Venesuelaya qarşı həyata keçirdiyi “hərbi aqressiyanın və psixoloji müharibənin” növbəti eskalasiyasıdır.