Krımda həyat dayandı - Ukrayna şəhərə bir litr də benzin buraxmır

Krımda həyat dayandı - Ukrayna şəhərə bir litr də benzin buraxmır
11.06.2026 13:07 Dünya

Ukrayna Silahlı Qüvvələrinin ardıcıl zərbələri nəticəsində Krım yarımadası nəqliyyat və enerji blokadasına düşüb. 

TodayPress TV xəbər verir ki, bu barədə Sevastopolun "qubernatoru" Razvozjayev bildirib. 

Məlumata görə, benzin daşıyan maşınlar şəhərə  daxil ola bilmir, mülki şəxslər üçün yanacaq satışı dayandırılıb və bütün QR kodların ləğv edildiyi açıqlanıb.

Hazırda yanacaqdoldurma məntəqələri yalnız təcili yardım, kommunal xidmətlər və ictimai nəqliyyata xidmət göstərir.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri Krıma aparan yollardakı körpüləri vurmağa davam edir. Cənubi Xerson bölgəsində bir gecə ərzində üç körpü zədələnib.

Jalə Rövşən 

XƏBƏR LENTİ
11 IYUN 2026
Bütün Xəbərlər