Krım körpüsündən sonra Zelenski hərəkətə keçdi: Moskvaya XƏBƏRDARLIQ
Ukrayna Prezidenti Volodimir Zelenski Krım körpüsünə endirilən zərbədən sonra Rusiyaya qarşı digər əməliyyatların da həyata keçiriləcəyini bildirib.
TodayPress TV xəbər verir ki, Zelenski Rusiyanın Ukraynanın infrastrukturuna hücumlarına cavab olaraq yeni əməliyyatların keçiriləcəyini vurğulayıb.
O qeyd edib ki, Rusiya Ukraynanın infrastrukturunu, o cümlədən körpüləri mütəmadi olaraq hədəfə alır. Kiyev isə bu hücumları cavabsız qoymayacaq.
Zelenskinin sözlərinə görə, Ukraynanın müdafiə imkanları güclüdür və ölkə öz şəhərlərini, əhalisini və milli maraqlarını qorumaq üçün əməliyyatları davam etdirəcək.
Kübra Musayeva