Kreml: Finlandiyanın nüvə silahları ilə bağlı bəyanatlarını izləyirik

Dünya

06.03.2026 14:17

Kreml Finlandiyanın öz ərazisində nüvə silahlarının yerləşdirilməsi ilə bağlı qadağanı aradan qaldırmaq niyyəti barədə səslənən bəyanatları diqqətlə izlədiyini bildirib.

TodayPress TV xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

“Biz bu bəyanatları həqiqətən görmüşük”, – deyə Peskov Finlandiya hakimiyyətinin ölkədə nüvə silahlarının yerləşdirilməsi ilə bağlı açıqlamaları barədə suala cavabında bildirib.

Bundan əvvəl Finlandiyanın “Yle” qəzeti yazmışdı ki, ölkə hökuməti ərazisindən nüvə silahlarının tranzitinə qoyulan qadağanın ləğvi məsələsini müzakirə edir.

Nəşrin məlumatına görə, Finlandiyanın Müdafiə Nazirliyi qadağanın aradan qaldırılması variantlarını nəzərdən keçirir. Bu tədbirlər çərçivəsində nüvə silahlarının quru, dəniz və hava yolu ilə Finlandiya ərazisindən tranzitinə tətbiq edilən məhdudiyyətlərin ləğvi də nəzərdə tutulur.

Qiymət Mahir

TodayPress TV

tag: Kreml,Finlandiya,Nüvə,Bəyanat,Todaypress.tv,