Konqoda azı 300 mülki şəxs üsyançılar tərəfindən qaçırıldı
Dünya
01.04.2026 04:30
Konqo Demokratik Respublikasının (KDR) şərqindəki İturi əyalətinin İrumu bölgəsində təşkil edilən hücumlarda azı 300 mülki şəxs üsyançılar tərəfindən qaçırılıb.
TodayPress TV xəbər verir ki, bu barədə “TRT Haber” milli mətbuatda yer alan xəbərlərə istinadən məlumat yayıb.
Bildirilib ki, "Demokratik Alyans Qüvvələri" (ADF) adlı üsyançı qrupun üzvləri son günlərdə Mambasa-Komanda xəttində mülki şəxsləri hədəf alan bir sıra hücumlar həyata keçirib. Hücumlar zamanı Mabukulu, Masoli, Babungwe və Lomalisa kəndlərindən azı 300 mülki şəxs ADF üzvləri tərəfindən qaçırılıb.
Təhlükəsizlik qüvvələrinin bölgədə qaçırılan mülki şəxsləri xilas etmək üçün əməliyyat hazırlığında olduğu bildirilib.
Nəşr xatırladıb ki, Uqanda və KDR-də 1990-cı illərin sonundan etibarən fəaliyyət göstərməyə başlayan ADF, "Uqanda Milli Azadlıq Ordusu" (NALU), "Uqanda Müsəlman Azadlıq Ordusu" və "Təbliğ Camaatı" kimi hərəkatların keçmiş üzvlərinin bir araya gəlməsi ilə yaradılıb.
Bildirilir ki, 2014-cü ildən bəri ADF-in hücumlarında minlərlə mülki şəxs həlak olub, yüz minlərlə insan isə ev-eşiyindən didərgin düşüb.
Aysel Mətləb
tag: Konqo,Uqanda,ADF,Üsyan,TodayPress TV,
