Koçaryan: "İranın müharibədən böyük təsir gücü ilə çıxmasında ən maraqlı tərəf bizik"

Dünya

16.04.2026 21:55

"İran və ABŞ-nin razılığa gəlməsində və Tehranın bu müharibədən daha böyük təsir gücü ilə çıxmasında ən böyük maraqlı tərəf bizik”.

TodayPress TV xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Robert Koçaryan bildirib.

"Əgər bu, həm də sanksiyaların yenidən nəzərdən keçirilməsi - ləğvi və ya əhəmiyyətli dərəcədə yumşaldılması demək olarsa, bu, İranla iqtisadi münasibətlər üçün yeni imkanlar açacaq. Əlbəttə, İranın ərəb ölkələri ilə münasibətlərini qaydaya salması üçün vaxt lazımdır, lakin mən şübhə etmirəm ki, bütün bunlar çox tez bir zamanda bərpa olunacaq. Burada bizim üçün İranla iqtisadi baxımdan böyük imkanlar açılacaq. Mən bu ssenarini çox real hesab edirəm", - deyə Koçaryan qeyd edib.

O, həmçinin ABŞ-dəkı daxili siyasi vəziyyətə də toxunub:

"Artıq payızda Tramp administrasiyasının Konqresi itirəcəyi çox proqnozlaşdırılandır və növbəti iki-üç il sadəcə impicmentlərdən müdafiə olunmaq illəri olacaq".

Aysel Mətləb

TodayPress TV

tag: Koçaryan,İran,ABŞ,Ermənistan,TodayPress TV,