Kobaxidze: "Ermənistan-Azərbaycan münasibətləri Gürcüstan üçün vacibdir"

Dünya

04.03.2026 13:09

Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması Gürcüstan üçün mühüm əhəmiyyət daşıyır və rəsmi Tbilisi regionda sülhün daha da möhkəmləndirilməsi üçün əlindən gələni edəcək.

TodayPress TV xəbər verir ki, o, bu fikirləri Ermənistan–Gürcüstan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının 15-ci iclasının açılışında erməni həmkarı Nikol Paşinyana müraciəti zamanı səsləndirib.

Baş nazir qeyd edib ki, komissiyanın iclası təcrübə mübadiləsi və əməkdaşlığın dərinləşdirilməsi üçün vacib platformadır.

İkitərəfli münasibətlərə toxunan Kobaxidze vurğulayıb ki, əlaqələr Yerevan və Tbilisi arasında strateji tərəfdaşlığa əsaslanır. Onun sözlərinə görə, mövcud əməkdaşlıq səviyyəsi gələcəkdə daha böyük uğurlar üçün zəmin yaradır.

Baş nazir əlavə edib ki, Ermənistan daim Gürcüstanın ən yaxşı on ticarət tərəfdaşı sırasında yer alır. Əlaqələrin əsasını iki ölkə xalqları arasında əsrlər boyu formalaşmış dostluq münasibətləri təşkil edir. Hazırda əməkdaşlıq iqtisadiyyat, mədəniyyət, humanitar və digər sahələri əhatə edir.

Türkan İsgəndərli

TodayPress TV

tag: Gürcüstan,Azərbaycan,Ermənistan,Kobaxidze,Todaypress.tv,