Kobaxidze Antalya Diplomatiya Forumunda iştirak edəcək

Kobaxidze Antalya Diplomatiya Forumunda iştirak edəcək
16.04.2026 21:00 Dünya

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Türkiyəyə səfərə yollanıb.

TodayPress TV xəbər verir ki, o, sabah 5-ci Antalya Diplomatiya Forumunun açılış mərasimində iştirak edəcək.

Kobaxidze əsas mövzusu gələcəyin müəyyənləşdirilməsi və risklərin idarə olunması olan liderlərin panel müzakirəsində çıxış edəcək.

Baş nazirin səfər çərçivəsində ikitərəfli görüşləri də planlaşdırılıb.

Kobaxidzeni səfərdə xarici işlər naziri Maka Boçorişvili və hökumət administrasiyasının rəhbəri Levan Jorjolianidən ibarət nümayəndə heyəti müşayiət edəcək.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər