Kiyevdə hava həyəcanı: Paytaxtda nə baş verir?

Dünya

21.05.2026 18:17

Ukraynanın paytaxtı Kiyevdə hava həyəcanı siqnalı zamanı partlayış səsləri eşidilib, paytaxt sakinlərinə pilotsuz uçuş aparatı (PUA) təhlükəsi ilə bağlı xəbərdarlıq edilib.

TodayPress TV xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri və Kiyev meri Vitali Kliçkonun "Telegram" kanalları məlumat yayıb.

Hərbi Hava Qüvvələri Rusiyaya məxsus PUA-nın Brovarı istiqamətinə doğru hərəkət etdiyi barədə xəbərdarlıq edib. Bu hadisələrin fonunda paytaxtda partlayışlar baş verib və hava hücumundan müdafiə (HHM) sistemləri işə düşüb.

Ukrayna hərbçilərinin səmada hədəfə qarşı "əməliyyat keçirdiyi" barədə məlumatı Kiyev şəhər rəhbəri Vitali Kliçko da təsdiqləyib.

Aysel Mətləb

TodayPress TV

tag: Kiyev,Ukrayna,PUA,Rusiya,TodayPress TV,