Kiyev və London “yüzillik tərəfdaşlıq” üzrə yol xəritəsi imzaladılar

Dünya

09.01.2026 17:50

Ukrayna və Böyük Britaniya “yüzillik tərəfdaşlıq” haqqında saziş çərçivəsində müdafiə sahəsində inkişaf üzrə yol xəritəsini imzalayıblar. 

TodayPress TV xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Denis Şmıqal "Telegram" kanalında paylaşım edib.

“Böyük Britaniyanın müdafiə naziri Con Hili ilə birlikdə bu gün Kiyevdə müdafiə sahəsində "yüzillik tərəfdaşlığın" inkişafına dair yol xəritəsini imzaladıq”, - deyə o, bildirib.

Şmıqalın sözlərinə görə, sənəd 2026-cı ildə bir neçə əsas istiqamət üzrə müdafiə əməkdaşlığını rəsmiləşdirir.

Xatırladaq ki, “yüzillik saziş” 16 yanvar 2025-ci ildə Böyük Britaniyanın Baş naziri Kir Starmerin Ukraynanın paytaxtına səfəri zamanı imzalanıb. Bu saziş Böyük Britaniyaya Ukrayna ərazisində faydalı qazıntıların çıxarılmasına imkan verəcək. Ukrayna hakimiyyətinin bildirdiyinə görə, imzalanmış saziş, xüsusən, Kiyevə hər il azı 3,6 milyard ABŞ dolları məbləğində hərbi yardımın göstərilməsini, Ukraynanın hərbi istehsalına, o cümlədən pilotsuz uçuş aparatları və artilleriya sahələrinə investisiyaları, xüsusi birgə flotiliyaların yaradılmasını, texnologiya mübadiləsini nəzərdə tutur.

Aysel Mətləb

TodayPress TV

tag: Ukrayna,Britaniya,yüzillik tərəfdaşlıq,Müqavilə,Todaypress.tv,