KİV: İsrail ABŞ-ni İrana qarşı əməliyyatlara sövq edir

Dünya

01.04.2026 17:40

İsrail liderləri ABŞ-yə  İrana hərbi zərbələri gücləndirməsi üçün təzyiq göstərir.

TodayPress TV xəbər verir ki, məlumatı  "Əl-Monitor" portalı mənbələrə istinadən yayıb. 

Bildirilib ki, məqsəd İranın hərbi və enerji infrastrukturunun demək olar ki, tam məhvidir.

Qeyd edilib  ki, İsrail hökuməti ABŞ-ni  iki ssenaridən birini seçəcəyini gözləyir: ya sanksiyaların aradan qaldırılması müqabilində nüvə və raket proqramını məhdudlaşdırmaq, ya da İranın hərbi və enerji infrastrukturunu məhv etmək. İsrail ikinci variantı üstün tutur.

Portal mənbələri bildirir ki, bu cür əməliyyat İranda etirazlara səbəb ola və ölkənin bərpasını çətinləşdirə bilər.

İsrail kəşfiyyatına görə, ziyan İranın ÜDM-inin 3–4%-i qədərdir.

Jalə Rövşən 

TodayPress TV

tag: İsrail ,ABŞ,Təzyiq ,İran ,Todaypress.tv,