Kipr Britaniya hərbi bazalarının gələcəyini müzakirə edir

Dünya

06.03.2026 20:50

Kipr Prezidenti Nikos Xristodulidis adada yerləşən Britaniya hərbi bazalarının taleyinin gələcəkdə müzakirə oluna biləcəyini istisna etməyib. 

TodayPress TV xəbər verir ki, bu barədə “ТАSS” məlumat yayıb. 

Məlumata görə, Kipr Prezidenti adada yerləşən “Akrotiri” və “Dekeleya” Britaniya bazalarının gələcək taleyi ilə bağlı məsələnin hazırkı böhran başa çatdıqdan sonra gündəmə gətirilə biləcəyini istisna etmədiyini bildirib. 

“Bu barədə artıq hökumətin rəsmi nümayəndəsi Konstantinos Letimpiotis və xarici işlər naziri Konstantinos Kombosdan soruşublar. Mən heç nəyi istisna etmirəm”, - deyə o, bu mövzuda rəsmi Nikosiyanın belə bir məsələ qaldırıb-qaldırmayacağı barədə sualını cavablandırarkən bildirib. 

Aysel Mətləb

TodayPress TV

tag: Kipr,Britaniya,Hərbi,Baza,Todaypress.tv,