Keşlədə kollektorda qəzaya səbəb olan ev sökülür

Keşlədə kollektorda qəzaya səbəb olan ev sökülür
05.04.2026 21:15 Dünya

Uzun illər əvvəl Xətai rayonu, Rəşid Bağırov 36/12b ünvanında kollektor üzərində tikilmiş ikimərtəbəli evin sökülməsi qərara alınıb.

TodayPress TV  xəbər verir ki, aidiyyəti qurumlar tərəfindən artıq söküntü işlərinə başlanılıb.

Mütəxəssislərin rəyinə görə, gələcəkdə oxşar halların digər ərazilərdə təkrarlanmaması üçün qanunsuz inşa edilmiş evin təcili sökülməsi və xəttin bərpası zəruri hesab olunur.

Qeyd edək ki, həmin evin bünövrəsinin çökməsi nəticəsində kollektorun bir hissəsi tutulub və kollektorda yağış sularının kənarlaşdırılması problemi yaranıb. 

TodayPress TV 

XƏBƏR LENTİ
10 IYUL 2026
Bütün Xəbərlər