Keçmiş Baş katib: "Avropanın müdafiəsinə iki nüvə dövləti rəhbərlik etməlidir"
Dünya
25.04.2026 21:50
“Böyük Britaniya və Fransa ABŞ-nin iştirakı olmadan Avropanın müdafiəsinin təmin edilməsinə yönəlmiş səylərə rəhbərlik etməlidir”.
TodayPress TV xəbər verir ki, bu fikri NATO-nun keçmiş Baş katibi Anders Foq Rasmussen "The Daily Telegraph" qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Ukraynaya dəstək üçün yaradılmış istəklilər koalisiyasını əsas götürmək, lakin onun fəaliyyət sahəsini bütün Avropa qitəsinə genişləndirmək mümkündür:
"Bizə burada və indi yeni qərar qəbul etmə orqanını da əhatə edən istəklilər koalisiyası lazımdır. Bu orqana Avropanın iki nüvə dövləti - Fransa və Böyük Britaniya rəhbərlik etməlidir ki, bu da artıq baş verməkdədir".
Aysel Mətləb
tag: NATO,Anders Foq Rasmussen,Böyük Britaniya,Fransa ,TodayPress TV,
