Karib hövzəsini “Melissa” qasırğası vurdu
“Melissa” qasırğası son 90 ildə Kuba və Yamaykanı vuran ən güclü qasırğa kimi qeydə alınıb.
TodayPress TV xəbər verir ki, bu barədə "AFP" məlumat yayıb.
Məlumata görə, qasırğanın küləkləri 295 km/saat sürətə çatıb, mərkəzi təzyiq isə 892 mbar olub. Bu göstəricilər Atlantik okeanında müşahidə olunan ən güclü qasırğalar üçün iki yeni rekord sayılır.
Mütəxəssislər bildiriblər ki, “Melissa”nın təzyiq səviyyəsi 1935-ci ildə Floridanı vuran məşhur Əmək Günü qasırğasına, külək sürəti isə 2019-cu ildəki “Dorian” qasırğasına bərabərdir.
Son məlumatlara görə, “Melissa” 4-cü kateqoriyaya qədər zəifləyərək Yamaykadan Kubaya doğru hərəkət edir. Oktyabrın 28-də qasırğa Yamaykanın cənub sahillərinə yaxınlaşıb, bəzi bölgələrdə küləyin sürəti 240 km/saata çatıb.
Türkan İsgəndərli