Kanada ABŞ-nin mümkün hərbi müdaxiləsi ssenarisi üzərində işləyir

Dünya

21.01.2026 13:10

Kanadanın Silahlı Qüvvələri ABŞ-nin ölkəyə mümkün hərbi müdaxiləsinin hipotetik modelini hazırlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə “The Globe and Mail” qəzeti mənbələrə istinadla məlumat yayıb. 

Bildirilib ki, mümkün cavab tədbirləri ABŞ-nin rəhbərlik etdiyi qüvvələrə qarşı Əfqanıstanda tətbiq olunan üsullara bənzər taktikalara əsaslanır.

Məlumata görə, Kanada Silahlı Qüvvələri son yüz il ərzində ilk dəfə olaraq ABŞ ordusunun ölkəyə müdaxiləsi ilə bağlı belə bir model hazırlayıb. Bununla belə, Kanada rəsmiləri və hərbi ekspertlər ABŞ Prezidenti Donald Trampın administrasiyasının Kanadaya hücum əmri verəcəyini real hesab etmirlər.

Kanada Silahlı Qüvvələrinin komandanlığı etiraf edib ki, ölkənin ABŞ-nin mümkün hücumunu dəf etmək üçün kifayət qədər canlı qüvvəsi və silahı yoxdur.

Aysel Mətləb

TodayPress TV

tag: Kanada,ABŞ,Hərbi,Müdaxilə,Todaypress.tv,