Kanada ABŞ-nin İrana qarşı əməliyyatına qoşula bilər

Kanada ABŞ-nin İrana qarşı əməliyyatına qoşula bilər
05.03.2026 11:03 Dünya

Kanadanın Baş naziri Mark Karni ölkəsinin ABŞ-nin İrana qarşı hərbi əməliyyatında iştirakını istisna etmədiyini bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə Karni CNN telekanalına açıqlamasında danışıb.

Onun sözlərinə görə, hazırda Ottavanın ABŞ-nin İrana qarşı əməliyyatında iştirak etməsi ilə bağlı konkret planı yoxdur. Bununla belə, Karni qeyd edib ki, Yaxın Şərqdəki münaqişə regiondan kənara da yayıla bilər və baş verən hadisələr bunu göstərir.

Baş nazir bildirib ki, buna görə də Kanadanın qarşıdurmada iştirakını qəti şəkildə istisna etmək mümkün deyil və zərurət yaranacağı təqdirdə ölkə müttəfiqlərini dəstəkləyəcək.

Bundan əvvəl NATO-nun baş katibi Mark Rütte Newsmax telekanalına müsahibəsində alyansın ABŞ-nin İrana qarşı əməliyyatı ilə bağlı kollektiv müdafiə haqqında müqavilənin beşinci maddəsini tətbiq edə biləcəyini deyib.

O vurğulayıb ki, Yaxın Şərqdə gərginliyin artması fonunda alyansa üzv ölkələr öz ərazilərini müdafiə etməyə hazırdır.

Qiymət Mahir

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər