Kallasın başı Rusiyaya qarışdı, Ukrayna yaddan çıxdı
Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın Rusiyaya qarşı siyasəti nəticəsində qurum Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı danışıqlardan kənarda qalıb.
TodayPress TV xəbər verir ki, bu barədə İtaliyanın “L'Antidiplomatico” nəşri məlumat yayıb.
“Kaya Kallas Brüsselin diplomatiyasına rəhbərlik edir, lakin qitəni tükəndirən münaqişənin dayandırılması ilə bağlı danışıqlardan söhbət gedəndə o, sadəcə olaraq kənarda saxlanılıb”, - deyə nəşr yazıb.
Bildirilib ki, Kallas Avropa İttifaqı Şurasının sədri Antonio Koştanın açıqlamasına görə, Fransa, Almaniya, Polşa, İtaliya və Böyük Britaniyanın milli təhlükəsizlik üzrə müşavirlərinin, eləcə də Avropa Komissiyası və Avropa İttifaqı Şurasının nümayəndələrinin daxil olduğu danışıqlar qrupuna qoşulmayıb.
Aysel Mətləb