Kallas: "Ukraynaya kredit verilməsə, Avropa A planına qayıdacaq"

Dünya

31.03.2026 22:20

Macarıstan 90 milyard avronun ayrılmasını bloklamağa davam edərsə, Avropa İttifaqı (Aİ) Ukrayna üçün təzminat kreditini müzakirə etməyə qayıda bilər.

TodayPress TV xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər üzrə ali nümayəndəsi Kaya Kallas Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə keçirdiyi mətbuat konfransında bildirib.

O xatırladıb ki, 2025-ci ilin sonunda Aİ liderlərinin Ukrayna üçün razılaşdırdığı 90 milyard avroluq kredit “B planı” idi.

"A planı dondurulmuş aktivlərin istifadəsini nəzərdə tuturdu. Buna görə də, biz onu da unutmamalıyıq. Əgər B planı işə yaramasa, biz A planına qayıdacağıq. Amma biz Ukraynaya Rusiya müdaxiləsinə qarşı durmaq üçün lazım olan maliyyəni mütləq təmin etməliyik", - deyə Kallas əlavə edib.

Aysel Mətləb

TodayPress TV

tag: Kaya Kallas,Aİ,Ukrayna,Rusiya,TodayPress TV,