Kallas: "Rusiya aktivlərinin müsadirə riski birlikdə bölüşdürülməlidir"
Dünya
30.11.2025 17:32
"Belçika dondurulmuş Rusiya aktivlərinin istifadəsi ilə bağlı belə qərar qəbul edərsə, risklərin bütün Aİ ölkələri arasında bölünməsi vacibdir".
TodayPress TV xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas "El Pais" qəzetinə açıqlamasında deyib.
O bildirib ki, riskləri azaltmadan və üzvlər arasında paylaşmadan bu vəsaitlərdən istifadəyə tələsmək olmaz.
Qeyd edək ki, dondurulmuş aktivlərin böyük hissəsi (200 milyard avrodan çox) Belçikada yerləşən "Euroclear" şirkətində saxlanılır. Şirkət xəbərdarlıq edir ki, bu aktivlərin müsadirəsi Aİ-nin borc yükünü artıra və investorları qorxuda bilər.
Belçikanın Baş naziri Bart De Vever də aktivlərin tez müsadirəsinin mümkün sülh perspektivlərini poza biləcəyini bildirib.
Rusiya isə açıqlayıb ki, Qərbin belə addımlarına cavab tədbirləri artıq hazırlanıb.
tag: Belçika ,Rusiya ,Aİ,Kaya Kallas,
