Kallas: "Onu heç kim əvəz edə bilməz"
Dünya
02.04.2026 12:53
"NATO-da ABŞ-ni əvəz edəcək heç bir ölkə yoxdur".
TodayPress TV xəbər verir ki, bunu Avropa diplomatiyasının rəhbəri Kaya Kallas “ETV” telekanalına açıqlamasında bildirib.
Kallas qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın NATO-dan çıxmaqla bağlı açıqlamaları ciddi siqnaldır və vəziyyətin nə qədər mürəkkəb olduğunu göstərir.
Onun sözlərinə görə, Avropa ölkələri öz müdafiə imkanlarını gücləndirməli və real hərbi istehsalı artırmalıdır.
“Əlbəttə, amerikalıları heç kim əvəz edə bilməz. NATO müttəfiqlik üzərində qurulub. Biz bu münasibətlərin işləməsi üçün əlimizdən gələni etməliyik”, — deyə Kallas vurğulayıb.
Qeyd edək ki, Donald Tramp “The Telegraph” nəşrinə müsahibəsində ABŞ-nin NATO-dan çıxmasını ciddi şəkildə nəzərdən keçirdiyini bildirib.
Qiymət Mahir
tag: NATO,ABŞ,Avropa,Kallas ,TodayPress TV,
