Kallas Gürcüstanı ittiham etdi
Dünya
07.03.2026 09:54
Gürcüstan hakimiyyəti demokratik prinsiplərdən geri çəkilir və etirazları yatırır. Bu səbəbdən Avropa İttifaqı bəzi gürcü diplomatları və rəsmiləri üçün vizasız səyahəti dayandırıb.
TodayPress TV xəbər verir ki, bunu Avropa İttifaqının diplomatiya rəhbəri Kaya Kallas bildirib.
Kallas qeyd edib ki, hökumət jurnalistləri susdurduqda və azadlıqları məhdudlaşdırdıqda bunun nəticələri olur. Onun sözlərinə görə, bu qərar ölkədə demokratiya və vətəndaş cəmiyyətinin məhdudlaşdırılması ilə bağlı narahatlıqlarla əlaqədardır.
Avropa Komissiyasının məlumatına görə, Gürcüstanın diplomatik və xidməti pasport sahibləri artıq Şengen zonasına rəsmi səfərlər üçün viza almalı olacaqlar.
Gürcüstan parlamentinin hakim "Gürcü Arzusu" partiyasından olan vitse-spiker Nino Tsilosani isə bu planları “boş şantaj” adlandırıb.
Jalə Rövşən
tag: Gürcüstan ,Aİ,Kaya Kallas,Gürcüstan,Todaypress.tv,
