Kabildə partlayış- 7 nəfər öldü

Kabildə partlayış-  7 nəfər öldü
19.01.2026 20:20 Dünya

Kabildə baş verən partlayış nəticəsində 7 nəfər ölüb.

TodayPress TV “Reuters“ə istinadən xəbər verir ki, partlayış Əfqanıstan paytaxtındakı otellərdən birində baş verib.

Hadisə zamanı 4 qadın və bir uşaq da xəsarət alıb.

Məlumata görə, xəstəxanaya aparılan 20 nəfərdən 7-si yolda ölüb.

Qeyd edək ki, partlayış səfirliklər, iri ticarət obyektlərinin yerləşdiyi Şəhre Nav adlı ərazidə baş verib. Həmin ərazi Kabildə ən təhlükəsiz yerlərdən biri sayılır.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər