İtaliya strateji ehtiyatından 10 milyon barel neft çıxarır

Dünya

13.03.2026 00:04

İtaliya Yaxın Şərqdəki gərginliklə bağlı yaranmış böhran fonunda öz strateji neft ehtiyatlarından 9,966 milyon barel həcmində neft çıxaracaq.  

TodayPress TV xəbər verir ki, bu barədə Ətraf Mühit və Enerji Təhlükəsizliyi Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, bu addım Beynəlxalq Enerji Agentliyinin qərarının icrası çərçivəsində tətbiq edilir. Sərbəst buraxılan ehtiyatlar, neft böhranı probleminin həlli üçün agentliyin ölkələri tərəfindən təqdim edilən ümumi barel həcminin təxminən 2,5%-ni təşkil edəcək. 

Məlumata görə, yaxın həftələr üçün planlaşdırılan bu çıxarılma ölkənin ümumi strateji ehtiyatlarının təxminən 13,5 faizinə bərabərdir.  

Nazirliyin qeyd edib ki, bu əhəmiyyətli dərəcədə azaltmadan sonra belə İtaliyadakı ehtiyatların vəziyyəti qənaətbəxş olaraq qalır və milli enerji təchizatının adekvat təhlükəsizlik səviyyəsinin təmin edilməsi üzrə Avropa öhdəliklərinə uyğundur. 

Aysel Mətləb

TodayPress TV

tag: İtaliya,Neft,Barel,Böhran,TodayPress TV,