İstanbulda güclü yanğın oldu

İstanbulda güclü yanğın oldu
06.10.2025 22:00 Dünya

Türkiyənin İstanbul şəhərində yerləşən fabrikdə güclü yanğın baş verib.

TodayPress TV xəbər verir ki, bu barədə "İHA" məlumat yayıb.

Bildirilir ki, yanğının miqyasına görə təkcə hadisənin baş verdiyi Beylikdüzündən deyil, Avcılar, Bakırköy, Başakşehir, Hadımköy, Bağcılar və Sultanqazi rayonlarından əlavə yanğınsöndürən briqadalar yönəldilib.

İntensiv müdaxilə nəticəsində yanğını nəzarətə almaq mümkün olub.

İkimərtəbəli ağac emalı fabrikində baş verən yanğının səbəbi araşdırılır.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər