İsrailin Tehrana növbəti “zərbə dalğası”

Dünya

07.03.2026 11:23

İsrail Müdafiə Qüvvələri (İMQ) Tehranda infrastruktur obyektlərinə növbəti “zərbə dalğası” barədə məlumat yayıb. 

TodayPress TV "Kommersant"a istinadən xəbər verir ki, hədəflərdən biri İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) əsas hərbi universiteti olan İmam Hüseyn Universiteti olub.

İMQ-nun açıqlamasına görə, hücumlarda təxminən 80 İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarə iştirak edib.

İsrail tərəfi iddia edir ki, universitet İİKK zabitlərinin təlimi və daha sonra təlim mərkəzi kimi istifadə olunub.

Bundan əlavə, hərbi bunkerlər də daxil olmaqla, İranın raket bölməsinə də zərbələr endirilib. İMQ-nun məlumatına görə, ballistik raketlərin saxlanması üçün istifadə edilən yeraltı infrastruktur da hücuma məruz qalıb.

Qeyd edək ki, ABŞ və İsrail 28 fevral tarixində İrana qarşı hərbi əməliyyata başlayıblar. Buna cavab olaraq İran İsrailə və Fars körfəzindəki ABŞ hərbi bazalarına hücum edib. BMT-nin məlumatına görə, İranda artıq 1000-dən çox insan həlak olub. ABŞ əməliyyatın dörd-altı həftə davam edəcəyini proqnozlaşdırır.

Jalə Rövşən

TodayPress TV

tag: İsrail ,SEPAH , İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK), İmam Hüseyn Universitet,Todaypress.tv,