İsrailin Livana hava hücumlarında ölənlərin sayı artdı
İsrailin Livan ərazisinə endirdiyi hava zərbələri nəticəsində ən azı beş nəfər həlak olub.
TodayPress TV xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.
Hesabatda bildirilib ki, bölgədə yeni hərbi eskalasiyanın başlanmasından bəri ölənlərin ümumi sayı 72-dən 77-yə, yaralananların sayı isə 437-dən 527-yə yüksəlib.
Livan Daxili İşlər Nazirliyinin məlumatına görə, hərbi əməliyyatlar səbəbindən didərgin düşənlərin sayı 91 min nəfərə çatıb.
Türkan İsgəndərli