İrandan İsrailə yenidən raket hücumu - TƏCİLİ
İsrail Ordusunun (IDF) sözçüsü bildirib ki, İran tərəfindən İsrail ərazisinə raketlərin buraxıldığı müəyyən edilib.
TodayPress TV xəbər verir ki, açıqlamaya görə, hava hücumundan müdafiə sistemləri təhlükənin qarşısını almaq üçün fəaliyyət göstərir.
Eyni zamanda, aidiyyəti bölgələrdə yaşayan sakinlərin mobil telefonlarına ilkin xəbərdarlıq mesajları göndərilib.
İsrail rəsmiləri əhalini təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb. Bildirilib ki, xəbərdarlıq siqnalı səsləndikdə vətəndaşlar dərhal sığınacaqlara keçməli və yeni göstəriş verilənədək orada qalmalıdırlar.
Qeyd olunub ki, sığınacaqlardan çıxış yalnız rəsmi qurumların icazəsindən sonra mümkündür. Vətəndaşlara təhlükəsizlik xidmətlərinin təlimatlarını izləmələri tövsiyə edilib.
Türkan İsgəndərli