İsrail vətəndaşlarına xaricdə təhlükəsizlik xəbərdarlığı edildi

Dünya

28.02.2026 16:05

İsrailin Milli Təhlükəsizlik Şurası İranla müharibə fonunda xaricdə yaşayan və ya səfərdə olan İsrail vətəndaşlarını diqqətli olmağa çağırıb.

TodayPress TV xəbər verir ki, qurum bəyanatında gərginliyin artmasının İran rejiminin və digər terror qruplarının xaricdə israillilərə və yəhudi obyektlərinə qarşı hücum ehtimalını artırdığını bildirib.

Şura vətəndaşlara real vaxt rejimində səyahət məlumatlarını sosial şəbəkələrdə paylaşmamağı, mühafizə olunmayan İsrail və ya yəhudi tədbirlərindən uzaq durmağı və ətraf mühitə diqqətlə yanaşmağı tövsiyə edib.

Eyni zamanda hər hansı təhlükə və ya hücum halında yerli təhlükəsizlik orqanlarına məlumat vermək və israillilərə qarşı düşmən münasibətin olduğu ərazilərdən uzaq durmaq çağırışı edilib.

Qeyd olunub ki, müxtəlif ölkələr üzrə əlavə təhlükəsizlik tövsiyələri Milli Təhlükəsizlik Şurasının rəsmi saytında yerləşdirilib.

Qiymət Mahir

tag: İsrail,İran,Təhlükə,Vətəndaş,TodayPress TV,