İsrail Tunberq və 170 donanma fəalını deportasiya etdi
İsrail Tunberq və Sumud donanmasının fəalları deportasiya edilib.
TodayPress TV xarici KİV-ə istinadən xəbər verir ki, İsrail Xarici İşlər Nazirliyi 170 fəalın Yunanıstan və Slovakiyaya göndərildiyini açıqlayıb. Deportasiya edilənlər arasında 37 ölkədən vətəndaşlar var.
Qeyd edək ki, Sumud donanması avqustun sonunda Barselona limanından Qəzza zolağına yola çıxıb. İsrail Hərbi Dəniz Qüvvələri donanmanı oktyabrın 1-də Qəzzadan 130-150 kilometr aralıda saxlayıb və fəalları girov götürüb.
Jalə Rövşən