İsrail Livana genişmiqyaslı zərbələr endirdi

Dünya

26.04.2026 23:07

İsrail Müdafiə Qüvvələri (SAXAL) Livanda "Hizbullah"ın silah anbarlarına, raket qurğularına və raketçilərdən ibarət dəstələrə zərbələr endirdiyini bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

Bəyanatda qeyd olunur ki, İsrail ordusu artilleriya və aviasiya vasitəsilə "Hizbullah"ın İsrailə və hərbçilərə qarşı hücumlar üçün istifadə etdiyi hərbi infrastrukturu hədəf alıb.

Zərbə endirilən hədəflər arasında raket atəşinə hazırlaşan qruplar, istifadəyə hazır raket qurğusu, silah anbarı və digər hərbi obyektlər olub.

Bundan əlavə, hərbi obyekt daxilində yerləşən silahlı qruplaşmaya və motosikletlə hərəkət edən silahlıya qarşı da zərbələr endirildiyi bildirilib.

TodayPress TV

tag: İsrail,Livan,SAXAL,Zərbə,Todaypress.tv,