İsrail İranın su reaktorunu hücum etdi
İsrail, İranın Xondab bölgəsindəki ağır su reaktoruna hücum edib.
TodayPress TV xəbər verir ki, bu barədə "ISNA" agentliyi məlumat yayıb.
Rəsmilər bildiriblər ki, hücumdan əvvəl obyekt təxliyə edilib və heç bir sızma təhlükəsi yoxdur.
Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail İranın nüvə və hərbi obyektlərinə hücum edib. İran isə cavab olaraq İsrailə raketlər atıb. Hazırda İran və İsrail arasında qarşılıqlı zərbələr davam edir.
Türkan İsgəndərli