İsrail İrandakı strateji obyektlərə zərbə endirdi
İsrail Müdafiə Qüvvələri (İDF) İranın İsfahan şəhərində ballistik raketlərin buraxılış meydançalarına və daxili təhlükəsizlik qüvvələrinin qərargahlarına zərbələr endirib.
TodayPress TV xəbər verir ki, bu barədə İDF-nin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, İsrailin Hərbi Hava Qüvvələri ölkənin Hərbi Kəşfiyyat İdarəsi ilə birgə İranın infrastruktur obyektlərinə yeni zərbələr dalğasını başa çatdırıb.
Qeyd olunub ki, İsrail ordusu, həmçinin daxili təhlükəsizlik qüvvələrinin və "Bəsic" birləşmələrinin hərbi infrastrukturuna zərbələr endirməyə davam edir.