İsrail “Hizbullah”ın obyektini vurdu
İsrail aviasiyası “Hizbullah”a məxsus obyektə zərbə endirib.
TodayPress TV xəbər verir ki, bu barədə Livanın Mülki Müdafiə Xidməti məlumat yayıb.
Məlumata görə, zərbə Beyrutun cənubunda yerləşən və “Hizbullah”ın əsas dayaq məntəqələrindən biri hesab olunan Hareət-Horeyk bölgəsindəki obyektə endirilib. Hadisənin nəticələri, eləcə də mümkün itkilərlə bağlı hələlik rəsmi məlumat verilməyib.
Qiymət Mahir