İsrail "Hizbullah"ın hədəflərinə yeni zərbələr endirdi
İsrail Müdafiə Qüvvələri (IDF) Livanın cənubundakı "Hizbullah"ın hərbi infrastrukturuna zərbələr endirib.
TodayPress TV xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti yazıb.
"İsrail Müdafiə Qüvvələri bir müddət əvvəl Livanın cənubundakı Mahmudiyyə bölgəsində "Hizbullah" terror təşkilatının infrastrukturuna, o cümlədən raket buraxılış qurğusu və tunel şaftına zərbələr endirib. Bu infrastrukturun bu ərazidə olması İsrail və Livan arasında razılaşmaların pozulmasıdır", - deyə məlumatda bildirilir.