İsrail "Hizbullah"a qarşı quru əməliyyatına başladı
İsrail ötən gecə Livanda məhdud quru əməliyyatına başlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.
Əməliyyatın Livanın cənubunun "Hizbullah" infrastrukturundan təmizlənməsi məqsədi daşıdığı bildirilib.
“IDF Hizbullah terror təşkilatına qarşı qətiyyətlə hərəkət etməyə davam edəcək”, - qeyd olunub.