İsrail "Hizbullah"a ağır zərbə endirdi: Silah zavodu...
İsrail Müdafiə Qüvvələrinin (İDF) Livanın Bekaa şəhərinə gecə endirdiyi zərbələr nəticəsində "Hizbullah" hərəkatının gizli silah istehsalı obyekti vurulub.
TodayPress TV xəbər verir ki, bu barədə "İDF" məlumat yayıb.
"Hizbullah"ın Tir rayonundakı digər infrastruktur obyektləri də atəşə məruz qalıb.
Mülki əhaliyə dəyən zərəri minimuma endirmək üçün təxliyə xəbərdarlıqları əvvəlcədən verilib.
Zərbələr yüksək dəqiqlikli sursat və müşahidə vasitələrindən istifadə edilməklə endirilib.