İsrail etiraf etdi! - baza İranın son hücumları zamanı vurulub

İsrail etiraf etdi! - baza İranın son hücumları zamanı vurulub
10.06.2026 20:10 Dünya

İsrail ordusu ölkənin şimalındakı Ramat David Hava Bazasının 7-8 iyun tarixlərində İranın hücumları zamanı vurulduğunu etiraf edib.

TodayPress TV xəbər verir ki, bu barədə İsrail dövlət televiziyası "KAN" məlumat yayıb.

İsrail ordusunun bazanın avadanlıq anbarlarından birinin zərər gördüyünü təsdiqlədiyi bildirilən xəbərə görə, hərbi mənbə hadisə yerində raket əleyhinə müdafiə sisteminin bir hissəsinin də tapıldığını və bunun birbaşa hədəfə dəymə olmadığını iddia edib. Mənbə dəymiş ziyanın cüzi səviyyədə olduğunu müdafiə edib.

Xatırladaq ki, daha əvvəl İsrail ordusu İran raketlərinin qarşısının alındığını iddia etmişdi.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
10 IYUN 2026
Bütün Xəbərlər