İspaniyada meşə yanğınlarında ölənlərin sayı 3-ə çatdı
İspaniyada davam edən meşə yanğınları nəticəsində həyatını itirənlərin sayı 3 nəfərə yüksəlib.
TodayPress TV xəbər verir ki, bu barədə ölkənin aparıcı media orqanları məlumat yayıb.
Ölkə üzrə hazırda 35 müxtəlif nöqtədə yanğınlara qarşı mübarizə davam edir. Avropa İttifaqından yardım istəyən İspaniyaya bu gün səhər saatlarında iki yanğınsöndürmə təyyarəsi göndərilib. Bu təyyarələr Qalisiya bölgəsinə yönləndirilib.
Ağır vəziyyətin hökm sürdüyü Ourense, Leon, Zamora və Caceres şəhərləri ətrafındakı kəndlərdə 10 mindən çox insan evlərindən təxliyə olunub. Onlar gecəni ya idman zallarında, ya da yaxınlarının evində keçirməyə məcbur olublar.
Qiymət Mahir