İspaniyada bina çökdü
İspaniyanın paytaxtı Madriddə binanın bir hissəsi çöküb.
TodayPress TV xəbər verir ki, bu barədə "Pais" qəzeti məlumat yayıb.
Hadisə zamanı binanın altı mərtəbəsinin uçduğu bildirilir.
Məlumata görə, hadisə nəticəsində 8 nəfər xəsarət alıb.
Bina təmir zamanı çöküb. Hazırda hadisə yerində yanğınsöndürənlər və tibb işçiləri axtarış-xilasetmə işləri aparırlar.
Türkan İsgəndərli