"İrəvan və Moskva bir-birinə bağlıdır" - Paşinyan mümkün ssenariləri açıqladı
İrəvan və Moskva təbii qaz tədarükünə dair uzunmüddətli müqavilələrlə bir-birinə bağlıdır.
TodayPress TV xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
Nazir, tərəflərdən hər hansı birinin razılaşmaları pozmağa və ya qiymətləri qaldırmağa cəsarət edəcəyinə şübhə etdiyini bildirərək, bu cür addımı "müqaviləyə zidd davranış" adlandırıb.
Paşinyanın sözlərinə görə, Ermənistan hakimiyyəti bütün mümkün variantları qiymətləndirir.