İraqın hava məkanı üç gün daha bağlı qalacaq
İraq hava məkanı ən azı üç gün hava nəqliyyatı üçün bağlı qalacaq.
TodayPress TV xəbər verir ki, bu barədə Bağdad Uçuş Məlumat Bölgəsindəki mənbə bildirib.
Qeyd olunub ki, hava məkanının bağlanması martın 13-nə qədər uzadılıb.
Xatırladaq ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatının başlaması səbəbindən İraq 28 fevraldan hava məkanını bağlayıb.