İraqdan Hörmüz boğazı vasitəsilə neft tədarükü zəncirləri kəsildi
Hörmüz boğazından keçən İraqdan gələn neft və neft məhsullarının bütün nəqliyyat zəncirləri kəsilib.
TodayPress TV xəbər verir ki, bu barədə İraq Dəniz Limanları Baş İdarəsinin baş direktoru Fərhan əl-Fərtusi bildirib.
“Hörmüz boğazından keçən və İraq dəniz limanlarına aparan təchizat zəncirləri bütün növ tankerlər üçün dayandırılıb. Ərəbistan dənizindən boğaza girişdə xüsusilə ciddi fasilələr müşahidə olunur”, - deyə qeyd edilib.
Aysel Mətləb